Fakültə Akademiyanın fəaliyyəti üzrə ədliyyə nazirinin əmri ilə yaradılan tədris-elmi və idarəçilik struktur qurumudur. Fakültənin fəaliyyət istiqamətləri: Təhsil və ixtisas proqramlarını, tədris planlarını işləyib hazırlamaq və Elmi Şura tərəfindən qəbul ediməsi üçün təqdim etmək; Tədris prosesinin metodiki təminatını təmin etmək, onun planlaşdırılmasını və təşkilini həyata keçirmək; Tədrisin keyfiyyətinə cari nəzarət emək; İlk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlim keçirmək; Ali hüquq təhsili əsasında müxtəlif koteqoriyadan olan işçilərin peşə hazırlığını və əlavə təhsilini təmin etmək; Hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin, habelə hakimlərin davamlı tədrisini həyata keçirmək; Elmi-pedaqoji heyətin əlavə təhsilinin həyata keçirilməsini təşkil etmək; Hüquq maarifləndirmə işinin aparılmasında iştirak etmək; Daxili intizam qaydalarına riayət olunmasını təmin etmək.