Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyə Akademiyasının rektoru Doğum tarixi Şahin Məhərrəm oğlu Əliyev 1960-cı ildə Bakıda anadan olub. O, Daşkənd Dövlət Universitetinin məzunudur. Karyera 1984-cü ildən əmək fəaliyyətinə başlayan Ş.Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş laborant, kiçik elmi işçi işləyib. Buradan pedaqoji işə keçən Ş.Əliyev 1988-89-cu illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olub. 1989-cu ildə isə onun dövlət işindəki karyerası başlayıb. Ş.Əliyev həmin il Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Hüquq şöbəsinin müdir müavini təyin edilib. 1991-ci ilin yanvarında Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Qanunvericilik və hüquq qaydaları məsələləri üzrə şöbəsində müdirin müavini vəzifəsinə keçib. Daha sonra həmin şöbədə müdirin birinci müavini işləyən Ş.Əliyev 1991-ci ilin sonunda Prezident Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinə müdir təyin olunub. O, 1991-ci ildən 2022-ci ilə kimi Prezident Administrasiyasında şöbə müdiri işləyib. Həyatı Ailəlidir