Fakültələr
Fakültə Ədliyyə Akademiyanın fəaliyyəti üzrə ədliyyə nazirinin əmri ilə yaradılan tədris-elmi və idarəçilik struktur qurumudur.
Fakültə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Ədliyyə Akademiyasının Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi aktlarını, Nazirliyin kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, hakim vəzifəsinə namizədlərin tədrisi ilə bağlı Hakimlərin Seçki Komitəsinin və hakimlərin tədrisinə dair Məhkəmə-Hüquq Şurasının qərarlarını, Akademiyanın Elmi Şurasının qərarlarını, Akademiyanın rektorunun əmr, sərəncam və yazılı göstərişlərini, habelə bu Əsasnaməni rəhbər tutur
Fakültənin əsas fəaliyyət istiqamətləri
aşağıdakılardan ibarətdir:
·
təhsil və ixtisas proqramlarını, tədris
planlarını işləyib hazırlamaq və Elmi Şura tərəfindən qəbul ediməsi üçün təqdim
etmək;
·
tədris prosesinin metodiki təminatını təmin etmək,
onun planlaşdırılmasını və təşkilini həyata keçirmək;
·
tədrisin keyfiyyətinə cari nəzarət etmək;
·
ilk dəfə ədliyyə, prokurorluq orqanlarına
qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə
buraxılması məqsədilə
·
icbari təlim keçirmək;
·
ali hüquq təhsili əsasında müxtəlif
kateqoriyadan olan işçilərin peşə hazırlığını və əlavə təhsilini təmin etmək;
·
hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli
tədrisinin, habelə hakimlərin davamlı tədrisini həyata keçirmək;
·
elmi-pedaqoji heyətin əlavə təhsilinin həyata
keçirilməsini təşkil etmək;
·
hüquq maarifləndirmə işinin aparılmasında
iştirak etmək;
·
daxili intizam qaydalarına riayət olunmasını təmin
etmək.
Fakültə fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
·
pedaqoji kadrların hazırlanması və onların əlavə
təhsili planlarını hazırlamaq;
·
əlaqədar təşkilatların iştirakı ilə tədris
planlarının, o cümlədən hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi
və hakimlərin davamlı tədrisi
·
planlarının hazırlamasını təmin etmək;
·
hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli
tədrisini təşkil etmək;
· Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin yekunları üzrə imtahanların keçirilməsində iştirak
etmək;
·
tədris təcrübəsinin təşkilinə rəhbərlik etmək;
·
dəyişən heyətin daxili intizam qaydalarına riayət
etmələrini təmin etmək;
· dəyişən heyətin professional keyfiyyətlərini və vətəndaş mövqeyini formalaşdırmaq, onlarda təşəbbüskarlığı, sərbəstliyi və yaradıcılıq qabiliyyətini
inkişaf etdirmək;
·
tədris olunan fənlərin kompleks elmi və metodik
təminatını həyata keçirmək;
·
dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl
forma və metodlarının tətbiqini
·
nəzərdə tutan elmi metodik materialların işlənib
hazırlanmasını təmin etmək;
·
fundamental və tətbiqi elmi tədqiqatların
aparılmasında iştirak etmək və elmi forumlar təşkil etmək;
· müasir informasiya texnologiyalarının və texniki vəsaitlərin tədrisdə istifadə formalarının və metodlarının, yeni tədris texnologiyalarının işləyib
hazırlamaq;
·
qiymətləndirmə formalarının keçirilməsinə nəzarəti
təşkil etmək;
·
dinləyicilərin dərslərdə iştirakını təmin etmək;
·
fakültə üzrə dərs cədvəllərinin tərtib etmək və
onun həyata keçirilməsinə nəzarət etmək;
· Akademiyanın iş planına dair tövsiyələr vermək, onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirmək.
Ədliyyə Akademiyasında aşağıdakı fakültələr mövcuddur:
·
Ədliyyə işçilərinin tədrisi fakültəsi,
· Bələdiyyə, dövlət və qeyri-dövlət qrumları işçilərinin ixtisasartırma fakültəsi,
·
Hakimlərin və hakimliyə namizədlərin tədrisi
fakültəsi,
·
Məhkəmə işçilərinin ixtisasartırma fakültəsi,
·
Prokurorluq orqanı işçilərinin ixtisasartırma
fakültəsi,
· Vəkillərin və mediatorların tədrisi fakültəsi,
· Penitensiar xidmət işçilərinin tədrisi bölməsi.