Tez-tez verilən suallar
Ən çox ünvanlanan sualların cavablarını bu bölmədə tapa bilərsiniz. Əlavə suallar üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Ədliyyə Akademiyasının fəaliyyətinin əsas məqsədi ədliyyə, prokurorluq və məhkəmə orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrların hazırlanması, ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və məhkəmə orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental, eksperimental və tətbiqi elmi araşdırmaların aparılmasıdır.
Ədliyyə Akademiyasında ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimi, hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi həyata keçirilir.
Ədliyyə Akademiyasında ilkin uzunmüddətli tədris, icbari təlim və ixtisaslarının artırılması əyani təhsilalma forması üzrə, doktorantların hazırlanması isə əyani və qiyabi təhsil formaları üzrə həyata keçirilir.
Müraciət edən şəxs aztəminatlı şəxslərə aid deyilsə, müraciət olunan məsələ cinayət mühakimə icraatı ilə bağlıdırsa, müraciət olunan məsələ hüquqi xarakter daşımırsa, bölmədə əks tərəfin müraciətinə baxılırsa, müraciət edənin hüquqa zidd məqsədi varsa, müraciət edən şəxs aqressiv və qeyri-etik davranış nümayiş etdirirsə, müraciət edən şəxs sərxoş haldadırsa, müraciət edən şəxs pulsuz hüquqi yardımdan sui-istifadə etdikdə və dəfələrlə eyni predmet üzrə müraciət etdikdə, müraciət (Ədliyyə Nazirliyi ilə bağlı olduqda) maraqlarının toqquşmasına səbəb olduqda pulsuz hüquqi yardımdan imtina edilir.
Hüquqi təminat bölməsində vətəndaşlara şifahi və ya yazılı formada pulsuz (ödənişsiz) hüquqi yardım göstərilir.
Hüquqi təminat bölməsində peşəkar vəkilin nəzarəti altında hüquq fakültəsinin tələbələri və gənc hüquqşünaslar tərəfindən pulsuz hüquqi yardım göstərilir.
Hüquqi Təminat bölməsində əhalinin aztəminatlı təbəqəsinə, adambaşına düşən orta aylıq gəlirləri yaşayış minimumundan aşağı olan şəxslərə, pensiya yaşına çatmış şəxslərə, müharibə veteranları, əmək veteranları və Silahlı Qüvvələr veteranlarına, yetkinlik yaşına çatmayanlara, uşaqların hüquq və qanuni mənafeyini müdafiə edən qanuni nümayəndələrə, pulsuz hüquqi yardıma ehtiyacı olan əlilliyi olan şəxslərə, hüquq və qanuni maraqlarının müdafiəsi üçün pulsuz hüquqi yardıma müraciət edən məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli elan edilmiş şəxslərə və onların qanuni nümayəndələrinə, 1 yanvar 2006-cı il tarixli "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olan şəxslərə, hamilə qadınlar və 8 yaşınadək uşağı təkbaşına böyüdən şəxslərə, qaçqın və məcburi köçkünlərə və şəhid ailəsinin üzvlərinə pulsuz hüquqi yardım göstərilir.
Mülki hüquq, ailə hüququ, əmək hüququ, mənzil hüququ, sosial təminat hüququ, inzibati hüquq, mülki prosessul hüquq, inzibati prosessual hüquq.
Pulsuz hüquqi yardım şifahi və yazılı formada (ərizə, iddia ərizələri, apellyasiya şikayətləri, vəsatətlərin və digər hüquqi sənədlərin tərtibi) həyata keçirilir.
Xeyr, vətəndaşlara pulsuz hüquqi yardım göstərən tələbələr, gənc hüquqşünaslar həmin şəxsləri məhkəmə və digər orqanlarda təmsil edə bilməzlər.
Bəli, pulsuz hüquqi yardım göstərilməsindən imtina üçün əsaslar olduqda yardım göstərilməsindən imtina edilir.
Vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə həyata keçirilir.
Müraciət edən şəxs aztəminatlı şəxslərə aid deyildirsə, müraciət olunan məsələ cinayət mühakimə icraatı ilə bağlıdırsa, müraciət olunan məsələ hüquqi xarakter daşımırsa, bölmədə əks tərəfin müraciətinə baxılırsa, müraciət edənin hüquqa zidd məqsədi varsa, müraciət edən şəxs aqressiv və qeyri-etik davranış nümayiş etdirirsə, müraciət edən şəxs sərxoş haldadırsa, müraciət edən şəxs pulsuz hüquqi yardımdan sui-istifadə etdikdə və dəfələrlə eyni predmet üzrə müraciət etdikdə pulsuz hüquqi yardımdan imtina edilir.