Maarifləndirmə tədbirləri
05 dekabr 2025
Ədliyyə nazirliyinin penitensiar xidmətinin əməkdaşlari üçün təlim keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Penitensiar xidmətin Baş idarəsinin və cəzaçəkmə müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.
18 sentyabr 2025
Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasına dair tədbir keçirilib
17 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması və dövlət idarəçiliyində dil mədəniyyətinin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir keçirilib. Ədliyyə Akademiyasında keçirilən tədbirdə Azərbaycan dilinin qorunması, qloballaşma dövründə onun istifadəsinin daha da genişləndirilməsi, ədəbi dil normalarının ictimaiyyətlə ünsiyyətdə düzgün tətbiqi, eləcə də peşəkar üslubun formalaşdırılması kimi mövzular müzakirə olunub.
25 iyun 2025
Əməkdaşlar üçün korrupsiyaya qarşi mübarizə mövzusunda məşğələ təşkil olunub
İyunun 25-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Baş idarənin və tabe qurumların əməkdaşlarının iştirakı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın ədliyyə orqanlarında icrası ilə bağlı “Korrupsiya hüquqpozmalarına qarşı mübarizə” mövzusunda seminar-məşğələ keçirilib.
05 may 2025
Mediatorlar üçün maarifləndirici təlim keçirilib
2 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında distant formada mediatorlar üçün maarifləndirici təlim təşkil edilib.