Ədliyyə nazirliyinin penitensiar xidmətinin əməkdaşlari üçün təlim keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Ədliyyə Akademiyasının
birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində
Penitensiar xidmətin Baş idarəsinin və cəzaçəkmə müəssisələrinin əməkdaşları
üçün təlimlər keçirilib.
“Azərbaycan
kontitusionalizminin formalaşması, Heydər Əliyev irsi və Vətən müharibəsində Zəfərin
dövlətçilik fəlsəfəsində yeri” mövzusunda keçirilmiş təlimlərdə Ədliyyə
Akademiyasının mütəxəssisləri tərəfindən mühazirələr deyilib, mövzu ətrafında
müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
05-12-2025