Kafedralar
Kafedra Akademiyanın tədris və elmi struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması, təhsil alanlar arasında tərbiyə işini həyata keçirir. Kafedra mövcud qaydada rektorun təqdimatına əsasən nazirin əmri ilə yaradılır və ləğv edilir.
Kafedra öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Akademiyanın Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin normativ hüquqi aktlarını, Nazirliyin kollegiyasının qərarlarını, nazirlik üzrə əmr və sərəncamları, hakim vəzifəsinə namizədlərin və hakimlərin tədrisinə dair Məhkəmə-Hüquq Şurasının qərarlarını, hakim vəzifəsinə namizədlərin tədrisi ilə bağlı Hakimlərin Seçki Komitəsinin, hakimlərin tədrisinə dair Məhkəmə-Hüquq Şurasının qərarlarını, Ədliyyə Akademiyasının Elmi Şurasının qərarlarını, Akademiyanın rektorunun əmr, sərəncam və yazılı göstərişlərini, kafedranın iclasının qərarlarını, habelə Ədliyyə Akademiyasının fakültəsi haqqında Nümunəvi Əsasnaməni rəhbər tutur.
Kafedranın əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
· tədris və elmi proseslərin vəhdətini təmin etmək;
·
tədris və elmi-tədqiqat proseslərinin yüksək səmərəsini
təmin etmək;
·
hüquq elminin prioritet istiqamətləri üzrə
fundamental və tətbiqi araşdırmaların aparılmasını təmin etmək;
·
hüquq elminin prioritet istiqamətləri üzrə
konseptual problemlərin tədqiq edilməsini təşkil etmək;
·
hüquq elmləri sahəsində dissertantların və
doktorantların hazırlanmasını təşkil etmək;
·
dəyişən heyətə tədris və elmi-konsultativ köməklik
göstərmək;
·
analitik informasiya fəaliyyətini həyata keçirmək;
· hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək;
· cəmiyyətin mədəni, mənəvi və elmi dəyərlərinin qorunması və artırılmasında iştirak etmək.
Kafedranın fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
· bütün növ tədris, metodiki və elmi işləri yerinə yetirir;
· Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Prokurorluğunun, Məhkəmə-Hüquq Şurasının, Hakimlərin Seçki Komitəsinin, Vəkillər Kollegiyasının, dövlət
və bələdiyyə orqanlarının, habelə cəmiyyətin tələbatlarına və Ədliyyə Akademiyasının vəzifələrinə müvafiq olaraq dövlət təhsil standartları
əsasında təhsil və ixtisas proqramlarını tərtib etmək və təsdiq
olunması üçün Akademiyanın Elmi Şurasına təqdim etmək;
·
dinləyicilərin məqsədli hazırlanması üzrə fərdi
proqramlar hazırlamaq və Elmi Şuranın təsdiqinə vermək;
·
dəyişən heyətin elmi işlər, məruzələr nəşr
etdirmək, elmi-tədqiqat işində iştirak etməsi üçün tövsiyələr vermək və
elmi-konsultativ köməklik göstərmək;
·
dəyişən heyətə elmi-konsultativ köməklik göstərmək;
· tədris prosesi zamanı mühazirə, tədris təcrübəsi, kurs, referat və diplom işləri, məsləhət, situasiya və imitasiya oyunları, müəllimlərin rəhbərliyi altında
planlaşdırılan sərbəst iş, avtomatlaşdırılmış tədris, təcrübi və stajorluq məşğələləri növündə təlim formalarından və müasir tədris metodlarından
səmərəli istifadə edilməsini təmin etmək;
·
xarici və beynəlxalq təşkilatlarla birgə elmi-tədqiqat
işləri aparmaq;
·
kafedranın elmi-pedaqoji heyətinin elmi
ixtisasının artırılması, elmi kadrların əlavə təhsili üzrə proqramlar
hazırlamaq və həyata keçirmək;
·
müraciət əsasında dövlət və qeyri-dövlət
qurumları üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətini həyata keçirmək;
·
qanunvericilik aktlarının layihələrini
hazırlamaq və onların elmi ekspertizasını keçirmək;
·
milli və xarici ekspertlərin iştirakı ilə elmi
seminarların, konfransların, simpoziumların, konqreslərin təşkili və keçirilməsində
iştirak etmək;
· tədris və elmi-texniki vasitələrlə təminat şöbəsi ilə birlikdə mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə, elmi pedaqoji heyətin
pedaqoji ustalığının artırılmasına, tədris prosesinin elmi təşkilinin təkmilləşdirilməsinə yönəldilmiş elmi-metodik iş aparmaq, müasir informasiya
texnologiyalarının və texniki vəsaitlərin tədrisdə istifadə formalarını və metodlarını, yeni tədris texnologiyalarını işləyib hazırlamaq;
· iddiaçının dissertant kimi təhkim olunması, onun dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında Elmi Şuraya təqdimat
vermək;
· iddiaçıların dissertasiyalarını müzakirə etmək və rəy layihəsini hazırlamaq, elmi işlər üzrə aparıcı təşkilat kimi Akademiyaya daxil olmuş dissertasiyaları
müzakirə etmək və rəy hazırlamaq;
·
doktorantların fərdi iş planının yerinə yetirilməsi
barədə hesabatlarını dinləmək;
· doktorantların Akademiyadan digər ali təhsil müəssisəsinə, elmi təşkilata, digər ali təhsil müəssisəsindən, elmi təşkilatdan Akademiyaya, həmçinin
əyani təhsildən qiyabiyə və əksinə keçirilməsi ilə bağlı təkliflər
vermək;
· doktorantlara fərdi iş planının yerinə yetirilməsində, zəruri avadanlığın, həmçinin elmi tədqiqat işinin mövzusu ilə bağlı materialların əldə edilməsində
yardım göstərmək;
· doktorantların dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodiki materialların işlənib hazırlanmasında
iştirakını təmin etmək;
·
doktorantların attestasiyasında iştirak etmək;
·
ədliyyə və məhkəmə orqanları, vəkillik üçün
Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası və Azərbaycan
Respublikası Vəkillər
·
Kollegiyasının Rəyasət Heyəti tərəfindən təqdim
olunan plan-sifarişlər əsasında tədqiqatlar aparmaq;
· seminar, yekun müsahibə, məqbul, imtahan, yazılı yoxlama işi, kollokvium, dövlət yekun attestasiyası, biliklərin avtomatlaşdırılmış yoxlanılması və test
növündə qiymətləndirmə formalarının
hazırlanmasını və tətbiqini həyata keçirmək.
Ədliyyə Akademiyasında aşağıdakı kafedralar mövcuddur:
· Konstitusiya və inzibati hüquq kafedrası,
·
Cinayət və cəza-icra hüququ, kriminologiya
kafedrası,
·
Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası
kafedrası,
· Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası,
· Mülki hüquq və mülki proses kafedrası.