Şöbə və Bölmələr

Şöbə və bölmələr Akademiyanın müstəqil struktur qurumlarıdır.

Şöbə və bölmələr fəaliyyətini Ədliyyə Nazirliyinin sisteminə və Akademiyanın strukturuna daxil olan qurumlarla və rektorun razılığı ilə digər dövlət orqanları ilə əlaqəli həyata keçirir.

Şöbə və bölmələr öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Ədliyyə Akademiyasının Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamlarını, Akademiyanın rektorunun əmr, sərəncam və yazılı göstərişlərini, Akademiyanın Elmi Şurasının qərarlarını, habelə şöbə və bölmələrin fəaliyyətini tənzimləyən əsasnamələri rəhbər tutur.

Şöbə və bölmələrin fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

Elmi-tədqiqat və doktorantura şöbəsi:

 ·     elmi-metodiki fəaliyyətin təşkili;

 ·     analitik-informasiya fəaliyyətinin idarə olunması;

 ·     Akademiyanın elmi potensialını müəyyənləşdirilməsi;

 ·     doktoranturanın yaradılması və doktoranturaya qəbulun təşkilati təminatını həyata keçirmək;

 ·     doktorantların attestasiyasını həyata keçirmək;

 ·     doktoranturada tədris prosesinin metodiki təminatını təmin etmək, onun planlaşdırılmasını və təşkilini həyata keçirmək;

 ·     doktorantların tədrisinin keyfiyyətinə cari nəzarət etmək;

 ·     doktoranturada tədris prosesinin elmi təşkilinin təkmilləşdirilməsinə yönəldilmiş elmi-metodik iş aparmaq;

 ·     hüquq maarifləndirmə işinin aparılmasında iştirak etmək;

 ·     daxili intizam qaydalarına riayət olunmasını təmin etmək.

Tədris şöbəsi:

 ·     tədrisin təşkilinin təmin edilməsi;

 ·     elmi-metodiki fəaliyyətin təmin edilməsi;

 ·     analitik-informasiya fəaliyyətinin təmin edilməsi;

 ·     idarəçiliyin təmin edilməsi.

İnformasiya resursları şöbəsi:

 ·     Kitabxana fondunun profilinə uyğun nəşrlərlə və digər məlumat daşıyıcıları ilə maksimum komplektləşdirilməsini, fondun qorunmasının müəyyən olunmuş qaydalara əsasən həyata keçirməsini, fonddan istifadənin təmin və istifadəsinə nəzarət edilməsini, kitabxananın profili üzrə sənəd informasiya fondlarının formalaşmasını, bu materialların Akademiyanın daimi və dəyişən heyətinə istifadəyə verilməsini, kitabxanada toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya məkanının yaradılmasını təşkil edir.

 ·     Akademiyanın strukturuna daxil olan bölmələrin informasiya sistemlərinin əlaqəli fəaliyyətini, texniki dəstəklənməsini, təhlükəsizliyini və idarə edilməsini təşkil edir. İnformasiya texnologiyaları sahəsində fəaliyyətini digər dövlət orqanları ilə əlaqələndirir, həmin orqanların informasiya resursları və sistemləri ilə inteqrasiyanı və məlumat mübadiləsini həyata keçirir.

 ·     Nəşriyyatda proqramlar, dərsliklər, dərs vəsaitləri, broşürlərin çap olunması, redaktə olunması və yenidən işlənilməsi prosesi həyata keçirilir.Akademiyanın elmi jurnalının redaksiya məsələləri işlənilir.

Maliyyə və təminat şöbəsi:

 ·        Akademiyanın maliyyələşdirilməsini həyata keçirir;

 ·          Akademiyanın maddi-texniki təminatını həyata keçirir;

 ·          Akademiyanın əsaslı tikinti və təmir ehtiyaclarını təmin edir;

 ·          Akademiyanın istifadəsində olan maddi-texniki bazanın istismarını və mühafizəsini təşkil edir;

 ·          Akademiyada mülki müdafiə və yanğın təhlükəsizliyi, nəqliyyat səfərbərliyi tədbirlərinin yerinə yetirilməsini təşkil edir;

 ·          Akademiyanın maddi-texniki bazasında təsərrüfat xidmətinə dair işlərin həyata keçirilməsini təmin edir;

 ·          qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Katiblik (şöbə səlahiyyətli):

 ·          Akademiyada vətəndaşların qəbulunu təşkil edir;

 ·          Akademiyanın kargüzarlıq və arxiv işinin qanunvericiliyə müvafiq aparılmasını təmin edir, onun strukturuna daxil olan qurumlarda bu işin təşkilinə nəzarət edir;

 ·          Akademiyada dövlət sirrinin qorunmasını, məxfilik rejiminə əməl edilməsini və məxfi kargüzarlıq işini təşkil edir, dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarə nəzarətini həyata keçirir;

 ·          Akademiyanın rəhbərliyinin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar müvafiq işləri aparır;

 ·          Akademiyada səfərbərlik hazırlığı və səfərbərlik sahəsində işləri təşkil edir;

 ·          qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Kadrlar bölməsi:

 ·          qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. 

 ·      Akademiyaya qulluğa və işə qəbul, işçilərin qulluq keçməsi və əmək münasibətləri, onların tədrisə cəlb edilməsi ilə bağlı, habelə bu məsələlərdən irəli gələn digər işləri təşkil edir;

Hüquqi təminat bölməsi:

 ·         əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərilməsi;

 ·         əhalinin müxtəlif təbəqələri arasında hüquqi maarifləndirmə (təbliğat) tədbirlərinin müxtəlif vasitələrlə təşkil edilməsi (seminarlar, treninqlər) və hüquq sahəsində praktiki bacarıqların formalaşdırılması;

 ·        cəmiyyətdə insan hüquqlarının təmini ilə əlaqədar müxtəlif layihələrin hazırlanması, ədliyyə sahəsində könüllülük fəaliyyətinin həyata keçirilməsi və ya təşkil olunmuş mövcud layihələrdə iştirak etmək;

 ·         tələbə və gənc hüquqşünasların cəlb edildiyi tədris kliniki kurslar təşkil etmək.