Ədliyyə Akademiyası tərəfindən hakimlər üçün “Ayrı-ayrı kateqoriyalara aid cinayətlərə baxılmasının xüsusiyyətləri” mövzusunda distant formada ixtisasartırma təlimi keçirilib

Ədliyyə Akademiyası tərəfindən Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında hakimlər üçün “Ayrı-ayrı kateqoriyalara aid cinayətlərə baxılmasının xüsusiyyətləri” mövzusunda distant formada ixtisasartırma təlimi keçirilib.

Oktyabrın 24-də keçirilmiş təlimdə 54 hakim iştirak edib. Təlimdə mövzular Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin sədri Vidadi Cəfərov, Ali Məhkəmənin hakimləri Teyyub Muxtarov və Ələsgər Novruzov tərəfindən tədris edilib.

Təlim zamanı vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətlərinin araşdırılmasının, o cümlədən bu cinayətlərə və insan alveri və əlaqəli cinayətlərə dair işlərə məhkəmədə baxılmasının aktual problemləri, cinayət prosesində mülki iddia və xüsusi müsadirənin tətbiqi barədə ətraflı məlumat verilib. 

 

30-10-2025

Paylaş: