İcra məmurları üçün “İcra fəaliyyətində stresin idarə olunması” mövzusunda təlim keçirilib
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icra məmurları üçün “İcra
fəaliyyətində stresin idarə olunması” mövzusunda təlim təşkil olunub.
Təlimin əsas məqsədi
icra fəaliyyətində qarşıya çıxan psixoloji təzyiqləri müəyyənləşdirmək, stresin
yaranma səbəblərini aşkar etmək və əməkdaşlara stresin idarə olunması ilə bağlı
praktiki bacarıqların mənimsədilməsi olub.
Təlim Ədliyyə
Nazirliyinin Tibb baş idarəsinin əməkdaşı Şəfəq Ağayeva tərəfindən aparılıb. Təlim
zamanı stresin yaranma mexanizmi, onun əmək məhsuldarlığına və sağlamlığa təsiri,
eləcə də stresli vəziyyətlərdə davranışın tənzimlənməsi və emosional balansın
qorunması yolları ətraflı şəkildə izah edilib.
İnteraktiv
formatda keçirilən təlimdə real iş situasiyaları əsasında müzakirələr aparılıb,
praktik məşqlər və nümunələr təqdim edilib.
Təlimdə 30 nəfər icra məmuru iştirak edib.
12-02-2026