Jurnal haqqında
"Qanunçuluq" jurnalı
1966-cı ildən nəşr olunur. Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu
sahəsində görülən işləri, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatını, ədliyyə
və məhkəmə fəaliyyətini işıqlandırır, öz səhifələrində görkəmli alimlərin, təcrübəli
hüquqşünasların məqalələrinə və gənc mütəxəssislərin çıxışlarına yer verir, Azərbaycan
ədliyyəsinin tarixi, məhkəmə təcrübəsi və digər mövzularda materiallar, eləcə də
yeni qəbul olunan qanunların, fərmanların və digər normativ-hüquqi aktların mətnlərini
müntəzəm şəkildə dərc edir.