Mediasiya Təlimi

Ədliyyə Akademiyası tərəfindən təşkil olunan təlim proqramında mediasiya bacarıqlarının artırılması üçün müraciət forması.

Ədliyyə Akademiyası mediatorların ilkin hazırlıq kursunda iştirak etmək arzusunda olanların müraciətlərinin qəbulunu davam etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın 2.1-ci bəndinə uyğun olaraq mediasiya təlimi qurumu olan Ədliyyə Akademiyası mediatorların ilkin hazırlığını ödənişli əsaslarla həyata keçirir. Aparılmış təhlillərə əsasən təlimçilərin əməyinin, habelə təlim prosesinin təşkili və həyata keçirilməsi üzrə xərclərin minimal həddi nəzərə alınmaqla ödənişin məbləği hər namizəd üçün 600 manat məbləğində müəyyən edilmişdir. İlkin hazırlıq üzrə təlimdə iştirak etmək üçün namizədlər aşağıdakı formu doldurmalıdırlar:

Tələb olunan sənədlər

Şəxsiyyəti təsdiq edən sənəd

PDF, JPG və ya PNG (fayl üçün maksimum 10 MB)

Ali təhsil haqqında sənəd (notarial), xarici diplom və nostrifikasiya sənədi

PDF, JPG və ya PNG (fayl üçün maksimum 10 MB)

3 illik stajı təsdiq edən sənəd (əmək kitabçası və s.)

PDF, JPG və ya PNG (fayl üçün maksimum 10 MB)

Məhkumluğun olmaması barədə arayış

PDF, JPG və ya PNG (fayl üçün maksimum 10 MB)

Sağlamlıq barədə tibbi arayış (ən tezi 1 ay əvvəl alınmış)

PDF, JPG və ya PNG (fayl üçün maksimum 10 MB)

2 ədəd fotoşəkil (3x4 sm ölçüsündə)

PDF, JPG və ya PNG (fayl üçün maksimum 10 MB)