Məqsəd
“Qanunçuluq” jurnalının
məqsədi hüquq sahəsində qanunvericiliyin elmi-nəzəri əsaslarını, hüquqi
islahatların mahiyyətini və tətbiq təcrübəsini işıqlandırmaq, hüquqi düşüncənin
inkişafına töhfə verməkdir. Jurnal hüquqşünaslar, tədqiqatçılar və praktiklər
üçün aktual hüquqi məsələlər üzrə etibarlı elmi platforma rolunu oynayır.