Rövşən Rəhim oğlu İsmayılov
Rektor
Doğum tarixi:
1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Təhsili:
1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur, 1994-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
2000-ci ildə Ukraynada Odessa Milli Hüquq Akademiyasında “Azərbaycan Respublikasının vətəndaşlıq institutu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir
Karyera:
1994-cü ildən Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasında müəllim, 2004-cü ildən baş müəllim, 2006-cı ildən isə dosent vəzifəsində çalışmışdır.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması üzrə Komissiyanın işçi qrupunun üzvü olmuşdur.
1997-ci ilin fevral ayından 2003-cü ilə qədər Xəzər Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.
2006–2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur.
2010–2025-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi vəzifəsində çalışmışdır.
2008–2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olmuşdur.
10 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar hüquqşünas” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı, 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilmişdir.
Xarici dillər:
İngilis
Rus