Vüsal Əliqismət oğlu Əhmədov

Vüsal Əliqismət oğlu Əhmədov

Elmi katib

Doğum tarixi:

1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.


Təhsili:

2005-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-ci ildə isə magistratura pilləsini bitirmişdir.

2008 – 2011-ci illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda doktorantura təhsili almış, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2016 – 2019-cu illər ərzində Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda elmlər doktoru proqramı üzrə təhsil almışdır, 2021-ci ildə  hüquq elmlər doktoru üzrə dissertasiya işini müdafiə etmişdir. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri doktoru diplomu nostrifikasiya edilmişdir.


Karyera:

2004 – 2005-ci illərdə “Biznes Servis Sentr” hüquq şirkətində çalışmışdır.

2005 – 2008-ci illərdə “Ədalət” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışmışdır.

2012-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında baş məsləhətçi, şöbə rəisi və elmi katib vəzifələrində çalışmışdır.

2013 – 2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasında müəllim vəzifəsində çalışmışdır.

2014 – 2018-ci illərdə Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim vəzifəsində çalışmışdır.


Xarici dillər:

İngilis

Rus


Həyatı:

Ailəlidir, iki övladı var.