Elçin Abuzər oğlu Xələfov
Prorektor
Doğum tarixi
1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Təhsili
1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1994-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və
Hüquq İnstitutunun əyani aspiranturasında təhsil almış və “Azərbaycan
Respublikasında bank fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi” mövzusunda fəlsəfə
doktoru dissertasiyasını müdafiə etmişdir.
Karyera
1994-cü ildə kommersiya bankında hüquqşünas, aparıcı hüquqşünas işləmişdir.
1997-2012-ci illərdə Bakı Dövlət Universitetinin Mülki proses, əmək və
ekologiya hüququ, Mülki hüquq kafedralarında müəllim, baş müəllim, dosent vəzifələrində
işləmişdir.
2012-ci ildən BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasında
çalışır.
2003-2004-cü illərdə Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin Mülki
hüquq və mülki proses kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
2004-2005-ci illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində
baş məsləhətçi vəzifəsində çalışmışdır.
2005-2013-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparatında böyük məsləhətçi
vəzifəsində çalışmışdır.
2013-cü ilin fevral ayından indiyədək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının
prorektoru vəzifəsində çalışır.
Xarici dillər:
İngilis
Rus
Həyatı
Ailəlidir, üç övladı var.