Ədliyyə Akademiyasında “Heydər Əliyev irsi bizim milli sərvətimizdir” adlı dəyirmi masa keçirilib
Ədliyyə
orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test və söhbət mərhələlərində uğur
qazanmış namizədlər üçün Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlim
proqramı başlayıb.
Təlimin açılış mərasimində
ədliyyə nazirinin müavini Abiddin Hüseynov, nazirin müşaviri Seyfəlpaşa Əliyev,
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov və
Nazirliyin İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev iştirak edib. Tədbirdə
Nazirliyin kadr korpusunun peşəkar, müasir düşüncəli və geniş dünyagörüşünə
malik gənclərlə formalaşdırılması, eləcə də onların davamlı inkişafı və səmərəli
qulluq keçməsi məqsədilə mütəmadi müsabiqələrin keçirildiyi vurğulanıb. İcbari
təlimin müasir tədris yanaşmaları və innovativ metodlar əsasında təşkil olunduğu
diqqətə çatdırılıb.
Təxminən bir ay
yarım davam edəcək icbari təlim çərçivəsində namizədlər üçün nəzəri dərslərlə
yanaşı, praktiki məşğələlər, təcrübə və tanışlıq tədbirləri də təşkil olunacaq.
Yeni və təkmilləşdirilmiş formatda hazırlanmış proqram vasitəsilə iştirakçılar
icra, probasiya və qeydiyyat sahələri üzrə tabeli və yerli ədliyyə qurumlarının
fəaliyyəti, habelə məhkəmələrdə icraatın təşkili qaydaları ilə yaxından tanış
olacaqlar.
İcbari təlimin
sonunda keçiriləcək yekun imtahandan uğur qazanan namizədlərə peşə fəaliyyətinə
buraxılma haqqında şəhadətnamə təqdim ediləcək və onlar ədliyyə orqanlarında
qulluğa qəbul olunacaqlar.
Qeyd edək ki, Nazirliyin Müsabiqə Komissiyası tərəfindən yekunlaşdırılan 25-ci müsabiqənin söhbət mərhələsində iştirak edən 37 namizəddən 23 nəfəri uğur qazanaraq icbari təlimlərə cəlb edilib.
11-12-2025