Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib
Dövlət
başçısının Sərəncamı ilə Ümummilli Liderin 100 illiyi münasibətilə elan olunmuş
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində dahi öndərin əziz xatirəsinə həsr
olunan silsilə tədbirlər davam etdirilir.
Bu münasibətlə
Ədliyyə Nazirliyinin və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı
ilə Ulu Öndərin yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada
nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi və əməkdaşları,
assosiasiyaların təmsilçiləri və Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin
sədrləri, üzv və quluqçuları iştirak ediblər.
Bakı şəhəri Nərimanov rayonu ərazisində yerli iqlim şəraitinə uyğun olan sərv ağacları əkilib. Həmçinin əkilmiş ağaclara qayğı göstərilməsi məqsədilə müvafiq qulluq vasitələrindən istifadə etməklə lazımi tədbirlər görülüb.
2023-03-14