Ədliyyə naziri Sabirabadda vətəndaşları qəbul edəcək
Ölkə Prezidenti
İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun
olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov aprelin 11-də
Sabirabad şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Sabirabad, Saatlı və İmişli
rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Vətəndaşlar qəbula
Şirvan regional ədliyyə idarəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi 17, əlaqə
telefonu: (+99421) 215-67-27, (+99470) 694-66-10), habelə Ədliyyə Nazirliyinin
510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və
contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
2023-04-09