Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının Növbəti İclası Keçirilib
Vətəndaş Esmira İsmayılovanın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin aparatında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibənin nəticəsindən verdiyi şikayətə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 31.08.2022-ci il tarixli iclasında baxılıb.
İclasda şikayətçinin müraciəti ilə bağlı toplanmış dəlillər aidiyyəti şəxslərlə onlayn qaydada müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.2-ci yarımbəndinə əsasən müsahibə komissiyasının 06.07.2022-ci il tarixli qərarı ləğv edilərək, namizədlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul olunub.
2022-08-31