Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
Ədliyyə
Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, nazirliyin yerli qurumlarında
vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə 27 dekabr 2022-ci il
tarixdə keçirilmiş növbəti test imtahanında müvəffəqiyyət qazanmış və “Ədliyyə
orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə
buraxılmış namizədlərlə 2023-cü ilin fevral ayının 14-dən etibarən söhbət
keçirilməsinə başlanılacaqdır.
Ədliyyə
Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1
ünvanında) fərdi qaydada keçiriləcək söhbətin vaxtı barədə hər bir namizədə
elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat
veriləcəkdir.
Qanunvericiliyə əsasən
müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə
buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin
yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll
olunacaqdır.
Əlavə məlumatları (012) 538-01-62, (012) 537-04-87 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
2023-02-09