“AZƏRBAYCANDA MƏHKƏMƏLƏRİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA, HAKİMLƏRİN TƏLİMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ VƏ MƏHKƏMƏLƏRDƏ ÖZÜNÜ-İDARƏETMƏYƏ DƏSTƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “DƏRSLİKLƏRİN YAZILMASI BACARIQLARININ ARTIRILMASI MÖVZUSUNDA” TƏLIM KEÇİRİLMİŞDİR
Cari ilin 13-14 mart tarixlərində “Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində “Dərsliklərin yazılması bacarıqlarının artırılması” mövzusunda təlim keçirilmişdir.
Təlimin açılışında Avropa Şurasının layihə icraçısı Aynur Quliyeva və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən cənab Elçin Xələfov çıxış etmişdir.
Keçirilmiş təlimdə I instansiya məhkəməsinin hakiməri, Ədliyyə Akademiyasının əməkdaşları, Məhkəmə Ekspertiza Mərkəzinin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Asan Xidmətin nümayəndələri iştirak etmişdir.
Təlimdə Avropa Şurasının eksperti Dragomir Yordanov təqdimatları dinlənilmişdir.
Təlim zamanı dərsliklərin həm ümumi, həm də xüsusi olaraq gələcək hakimlərin və prokurorların ilkin təlimi ilə bağlı anlayışının təqdim edilməsi, dərsliklərin necə yazılması ilə bağlı yanaşmalar iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda dərsliklərin yazılmasında Ədliyyə Akademiyası üçün mümkün yanaşmalarla bağlı “beyin hücümu” sessiyası və bir və ya bir neçə dərsliyin strukturu və məzmununun hazırlanmasına həsr edilmiş praktiki məşğələ həyata keçirilmişdir.
2017-03-14