“MƏNZİL MƏCƏLLƏSİNİN TƏTBİQİNİN BƏZİ MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR
Cari ilin 28 fevral tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Mənzil Məcəlləsinin tətbiqinin bəzi məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.
Keçirilmiş kursda 21 hakim iştirak etmişdir.
Kursda Ali Məhkəmənin hakimi İlqar Xələfov, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze və Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun mühazirələri dinlənilmişdir.
Kurs zamanı hakimlərə mənzil hüququnun obyektləri,mənzil fondu, Mülki və Mənzil Məcəllələrinin qarşılıqlı əlaqəsi məsələləri (Konstitusiya Məhkəməsinin qərarlarında), məhkəmə qaydasında mənzil hüquqlarının müdafiəsi məsələlər ilə bağlı mövzular tədris olunmuşdur.
2017-02-28