“Zərifə Əliyeva timsalında Azərbaycan qadını” mövzusunda tədbir keçirilmişdir
06 mart 2023-cü
il tarixində Ədliyyə Akademiyasında Tibb baş idarəsinin və Ədliyyə
Akademiyasının əməkdaşları üçün Akademik Zərifə Əliyevanın anadan olmasının 100
illik yubileyinə həsr olunmuş “Zərifə Əliyeva timsalında Azərbaycan qadını”
mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ədliyyə
Nazirliyinin Tibb baş idarəsinin Hərbi-həkim komissiyasının həkim oftalmoloqu Nərgiz
Əfəndiyeva tibb xidməti mayoru və Tibb baş idarəsi Hospitalının Qəbul
bölməsinin rəisi tibb xidməti mayoru Aytən Tağıyeva çıxış etmişdir.
Nərgiz Əfəndiyeva
çıxışına Zərifə Əliyevanın savadlı həkim olması ilə bərabər, fədakar həkim
olduğunu qeyd etməklə başladı. Belə ki, Zərifə xanım XX ərin 40-50-ci illərində,
xüsusilə, cənub rayonlarında yayılmış traxoma xəstəliyinin qarşısının
alınmasında, xəstəliyə qarşı aparılan mübarizə tədbirlərində fəal iştirakını, xəstəliyin
daha çox yayıldığı rayonlara getməsini və əhalini kütləvi müayinə etməsi barədə
danışmışdır.
Bundan əlavə, Nərgiz
xanım bir alim kimi, Zərifə xanımım elmi əsərlərindən bəhs etmiş, həmçinin Zərifə
xanımın daim gənc alimlərə dəstək olmasını vurğulamışdır. Xüsusilə, kimya sahəsində
görmə üzvünün profilaktikasına həsr olunmuş silsilə elmi əsərlərinə görə ona
1981-ci ildə SSRİ Tibbi Elmləri Akademiyasının oftalmoloqlar üçün ən nüfüuzlu
mükafat olan akademik M.İ.Averbax adına mükafat verilmişdir. O, bu yüksək
mükafa layiq görülmüş ilk qadın alim olmuşdur.
Aytən
Tağıyeva daha çox Zərifə xanım Əliyevadan danışarkən ondan bir qadın, həyat
yoldaşı, ana kimi bəhs etmiş və onun Azərbaycan qadınının ən bariz nümunəsi
olduğunu qeyd etmişdir.
Aytən xanım
çıxışında Zərifə xanımın doğulub böyüdüyü mühitin onun taleyində, “Zərifə
Əliyeva fenomeni”nin formalaşmasında mühüm rolunun olduğunu bildirmişdir. Zərifə
xanım Əliyeva görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əzizi
Əliyevin ailəsində böyümüş və onun yolunu davam etdirmişdir. Sözsüz ki,
böyüdüyü mühit onun səmimi, zərif, alicənab, savadlı, uzaqgörən Azərbaycan
qadını olmasına təkan vermişdir.
Zərifə xanım,
eyni zamanda, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin
ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı
olmuşdiur. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir
an belə tək qoymamışdır. Ulu öndər Zərifə xanımın ailəsi üçün necə əvəzsiz dəyər
kəsb etdiyini dəfələrlə söyləmişdir.
Daha sonra, Aytən
Tağıyeva Zərifə xanımdan ana kimi bəhs edərkən onun analıq vəzifələrinin öhdəsindən
də layiqincə gəldiyini və qəlblərində daim Azərbaycan sevgisi yaşadan övladlar
yetişdirdiyini bildirmişdir. Bu gün cənab Prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu dövlət siyasəti nəticəısində Azərbaycan daha da çiçəklənib
qüdrətli ölkəyə çevrilir.
Çıxışçı Prezident
İlham Əliyevin anası haqqında dediyi sözlərlə çıxışına davam etmişdir: “Onun
bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanrdı. Çünki o, həm peşəkar
həkim, eyni zamanda. Çox xeyirxah insan idi. Böyük lider, ulu öndər Heydər
Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi.
Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə
xanım kimi anam olmuşdur”.
Həmçinin Aytən
xanım, Tibb baş idarəsinin əməkdaşlarının 2015-ci ildə Milli Oftalmologiya Mərkəzində
Zərifə xanım Əliyevanın xatirəsinə açılmış Xatirə muzeyinin açılışında iştirak
etdiklərini və ora ürək sözlərini yazdıqlarını bildirdi.
Tədbirdə Ədliyyə Nazirliyinin Tibb baş idarəsi və Ədliyyə Akademiyasında çalışan 27 (iyirmi yeddi) nəfər əməkdaş iştirak etmişdir.
2023-03-06