BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARININ HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ ƏDLİYYƏ AKADEMİYASINDA TƏDRİS KURSLARI KEÇİRİLİB

Bakı şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə 15 və 29 mart 2019-ci il tarixlərində Ədliyyə Akademiyasında tədris kursu keçirilib.

Ümumilikdə 25 nəfər bələdiyyə üzvə və qulluqçusunun iştirak etdiyi tədris kursunda “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə media münasibətlərinin hüquqi tənzimlənməsı”, “Bələdiyyələrdə arxiv işinin təşkili, Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Vergi uçotunun qurulması, yerli vergi və ödənişlərin nəğdsiz ödəmə vasitəsilə həyata keçirilməsi”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi” mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

Mühazirələrin tədrisi Ədliyyə Akademiyasının əməkdaşları, Vəkillər Kollegiyasının üzvü və Bələdiyyələrlə iş mərkəzinin əməkdaşı tədərində həyata keçirilib.

          

 

2019-03-29

Paylaş: