BƏLƏDİYYƏ ÜZVÜ VƏ QULLUQÇULARININ HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDRİS KURSLARI KEÇİRİLİB

Bakı şəhəri və Abşeron rayonu üzrə bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə 15-16 fevral 2017-ci il tarixlərdə Ədliyyə Akademiyasında tədris kursu keçirilmişdir.

 

Tədris proqramına əsasən “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları“, “Yerli (bələdiyyə) vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” mövzuları üzrə mühazirələr oxunub.

 

 

Bakı şəhəri və Abşeron rayonu üzrə bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi  məqsədilə 22-23 fevral 2017-ci il tarixlərdə ədliyyə Akademiyasında tədris kursu keçirilmişdir.

 

Tədris proqramına uyğun olaraq “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Bələdiyyələrdə və bələdiyyə müəsisələrində kargüzarlığın təşkili”, “Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitam olunması”, “ Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, Yerli (bələdiyyə) vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikasının Qanunu mövzuları üzrə mühazirələr oxunub.

 

2017-02-23

Paylaş: