BƏLƏDİYYƏ ÜZVÜ VƏ QULLUQÇULARININ HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDRİS KURSU KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən, Şirvan regional ədliyyə şöbəsi ilə birgə Şirvan şəhərində Şirvan, Sabirabad, Hacıqabul, Şamaxı ,Neftçala və Salyan rayonlarının bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə 10.03.2017-ci il tarixində tədris kursu təşkil edilmişdir.
Bələdiyyə üzvü və qulluqçularının hüquqi maarifləndirilməsi Ədliyyə Akademiyası tərəfindən hazırlanmış və Bələdiyyələrlə iş Mərkəzi ilə razılaşdırılmış proqrama əsasən həyata keçirilmişdir. Müvafiq proqramın əsasında “ Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısını alınması”,“Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri mövzularında mühazirələr oxunmuşdur.
Kursda ümumilikdə 68 nəfər dinləyici iştirak etmişdir.
2017-03-10