BƏLƏDİYYƏLƏRİN HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ ÜÇÜN ARDICIL TƏDBİRLƏR GÖRÜLÜR
Ədliyyə Akademiyası Bakı şəhəri və Abşeron rayonu üzrə bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə cari ilin aprel ayının 13-14 və 19-20-də Bakı şəhərində, 3-4–də Vergilər Nazirliyi ilə Ədliyyə Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində, Vergilər Nazirliyinin Tədris Mərkəzində, 6-da isə Şəki regional ədliyyə idarəsi ilə birgə Oğuz rayonunda Şəki ,Oğuz və Qəbələ rayonlarının bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursları təşkil etmişdir.
Təşkil edilmiş tədris kurslarında ümumilikdə 116 nəfər dinləyici iştirak etmişdir. Bələdiyyə üzvü və qulluqçularının hüquqi maarifləndirilməsi Ədliyyə Akademiyası tərəfindən hazırlanmış və Bələdiyyələrlə iş Mərkəzi ilə razılaşdırılmış proqrama əsasən həyata keçirilmişdir. Tədris proqramına əsasən Ədliyyə əməkdaşları tərəfindən “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları”,“Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, Bələdiyyə, dövlət və qeyri-dövlət qurumları üçün hüquqi hazırlıq fakultəsinin baş məsləhətçisi, “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları”,” Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitam olunması”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması” , “Yerli (bələdiyyə) vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” və Ədliyyə Nazirliyi Katibliyinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Lalə Xəlilova tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələr” mövzuları üzrə mühazirələr oxunmuşdur.
2017-04-20