Ədliyyə Akademiyasında 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib
Ədliyyə
Akademiyasında 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir
keçirilib.
Tədbirdə Ədliyyə
Akademiyasının rəhbər heyəti və əməkdaşları iştirak ediblər.
Akademiyanın
rektoru Şahin Əliyev bütün əməkdaşları təbrik edərək bildirib ki, Ümummilli
Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş
22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında
böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Daha sonra
Akademiyanın prorektoru Elçin Xələfov çıxış edərək Azərbaycan ədliyyəsinin
yaranma tarixindən, müxtəlif dövrlərdəki fəaliyyətindən bəhs edib, son zamanlar
ədliyyə sahəsində aparılan islahatlardan və dövlət tərəfindən bu sahəyə göstərilən
qayğıdan danışıb.
2025-11-21