Ədliyyə Akademiyasında “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib
Ədliyyə
Akademiyasında “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ədliyyə
Akademiyasının rektoru Şahin Əliyev, Akademiyanın rəhbər heyəti və əməkdaşları
iştirak ediblər. Tədbirin əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademiyanın
rektoru Şahin Əliyev çıxış edərək Ordumuzun döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan,
yorulmaz əzmindən və iradəsindən söz açıb.
Şahin Əliyev qeyd
edib ki, bu Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, milli kimliyimizin və
qürurumuzun bərpası, dövlət və Azərbaycan xalqının birliyinin təcəssümüdür.
2025-11-08