Ədliyyə Nazirliyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Müstəqil Azərbaycan
dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür.
Dekabrın 12-də
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ədliyyə naziri Fərid Əhmədov,
Nazirliyin rəhbər heyəti və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını
ziyarət edib, önünə gül dəstələri qoyublar.
Anım mərasimi daha sonra Nazirliyin inzibati binasında davam etdirilib. Ümummilli Liderin büstü önünə tər güllər qoyulub, xatirəsi ehtiramla anılıb.
2025-12-12