Heydər Əliyev Mərkəzi ilə tanışlıq
Ümummilli Liderin 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı
ilə elan edilmiş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin əziz
xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
Bu münasibətlə
Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin kollektivi və Azərbaycan Bələdiyyələrinin
Milli Assosiasiyalarının təmsilçiləri, eləcədə paytaxtda və bölgələrdə fəaliyyət
göstərən bələdiyyələrin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Ziyarətçilər Mərkəzin
fəaliyyəti, orada yaradılmış Heydər Əliyev Muzeyində dahi öndərin mənalı və zəngin
ömür yolu və çoxşaxəli fəaliyyətinə həsr olunan maraqlı ekspozisiyalar, foto və
video materiallarla tanış olub, Ulu Öndərə həsr olunan filmə baxıblar.
Həmçinin Azərbaycanın
çoxəsrlik tarixi və mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş
etdirildiyi “Azərbaycan inciləri” sərgisinə maraq göstərilib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq izləyicilərdə xoş və zəngin təəssürat yaradıb.
2023-03-30