MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB
İyulun 20-də Gəncə şəhəri Nizami Rayon Məhkəməsində Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmə aparatı işçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda ixtisasartırma kursu keçirilib.
35-dək əməkdaşın cəlb olunduğu kursda tədris proqramına uyrun olaraq “İnsan Hüquqlarının və əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi: ümumi baxış”, “Ədalətli məhkəmə araşdırması hüququnun tətbiqi dairəsi”, “Ədalətli məhkəmə araşdırması hüququ üzrə təqsirləndirilən şəxsin təminatları” barədə mövzulara dair mühazirələr dinlənilib.
2017-07-20