MƏHKƏMƏLƏRİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA, HAKİMLƏRİN TƏLİMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ VƏ MƏHKƏMƏLƏRDƏ ÖZÜNÜ-İDARƏETMƏYƏ DƏSTƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “HAKİMLƏR ÜÇÜN TƏLİMİN TƏKMİLLƏŞDİRILMƏSİ” İLƏ ƏLAQƏDAR DAİR DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

Cari ilin 15 mart tarixində Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində “Hakimlər üçün təlimin təkmilləşdirilməsi” ilə əlaqədar nəticələrin təqdim edilməsinə dair dəyirmi masa keçirilmişdir.

 

Tədbirin açılışında Avropa Şurasının layihə icraçısı Aynur Quliyeva və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən cənab Elçin Xələfov çıxış etmişdir.

 

Tədbirdə hakimlər, Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Akademiyasının, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin nümayəndələri iştirak etmişdir.

 

Keçirilmiş dəyirmi masada Avropa Şurasının ekspertləri Dragomir Yordanov, Otilia Pacurari, Marina Naumovska-Milevska və John Eamesin təqdimatları dinlənilmişdir.

 

Dəyirmi masa zamanı təlimlərin təşkilində və keçirilməsində keyfiyyət meyarları, təlim prosesinin idarə edilməsinə dair konsepsiya sənədi, böyüklərin təhsili metodologiyası, hakimlər üçün təlim proqramına dair hesabat, Ədliyyə Akademiyasının təşkilati fəaliyyətinin təkmilləşdirilməsi məsələləri Avropa Şurasının ekspertləri tərəfindən iştirakçıların diqqətinə çatdırılmış, eyni zamanda layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlərin ədliyyə sahəsində milli tərəfdaş qurumlarının işinə göstərdiyi təsir barəsində müzakirələr aparılmışdır.

 

2017-03-15

Paylaş: