Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar üçün “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda təlim keçirilmişdir
07.04.2023-cü il tarixində Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar üçün “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda təlim keçirilmişdir.
Təlim Proqrama
uyğun həyata keçirilmişdir. Mühazirəçi qismində Səhiyyə Nazirliyinin “Мəhkəmə
Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin Kompleks
ekspertizalar şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ceyhun Ələkbərov
çıxış etmişdir.
Çıxışına ümumi məlumatlarla
başlayan Ceyhun Ələkbərov bildirmişdir ki, narkomanlıq narkotik zəhərlərdən
psixi asılılıq yaradan xəstəlikdir. Narkomaniya insanları tədricən məhv edir,
ölümə sürükləyir. Təsadüfi deyildir ki, narkomaniya həm də “ağ ölüm”
adlandırılır. Narkotik maddələr tələdir. Bu tələyə bir dəfə düşən insanın
oradan çıxması çətin olur.
Ceyhun Ələkbərov
qeyd etmişdir ki, narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin
hər bir üzvünü narahat edən məsələdir. Narkomaniya ilə mübarizə dövlətin
sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrindəndir. Ölkəmizdə
də bu istiqamətdə qətiyyətli addımlar atılmaqdadır. Eyni zamanda, təlimçi
narkomanlıqla mübarizədə dövlət tərəfindən yaradılmış şərait, məşğulluğun
artırılması, maarifləndirmə tədbirlərinin mübarizə sahəsində böyük rol
oynadığını bildirmişdir.
Təlimdə, həmçinin,
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” 2019-2024-cü illər
üçün Dövlət Proqramı və qarşıda duran vəzifələr barədə iştirakçılara ətraflı məlumat
verilmişdir.
Təlim müzakirə
formasında keçirilmişdir. Təlimdə iştirak edən qadınlar onları maraqlandıran məsələlərlə
bağlı suallarını vermiş, fikirlərini bildirmişdir, həmçinin, müəssisə tərəfindən
də mütəmadi olaraq narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbirlər
keçirildiyini, müəssisənin işçiləri tərəfindən daim onun ziyanı barədə, sağlam
həyatın önəmi barədə danışıqların aparıldığını, görülən tədbirlərin xüsusilə, “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsi ilə əlaqədar” cinayətlərlə bağlı cinayət məsuliyyətinə cəlb
edilmiş qadınların islah olunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirmişlər.
Təlimdə 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 50 nəfər məhkum iştirak etmişdir.
2023-04-10