Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası
Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev İli” elan olunaraq dahi öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
Bu münasibətilə
Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının və Bakı Apellyasiya Məhkəməsinin
təşkilatçılığı ilə martın 4-də Ulu Öndərin yubileyinə həsr olunmuş ağacəkmə
aksiyası keçirilib.
Bakı şəhər İcra
Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Bakı Apellyasiya Məhkəməsinin və
onun yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin hakimləri
iştirak ediblər.
Aksiyaya fəal
qoşulan hakimlər ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların
sağlam həyatının təmin olunması məqsədilə Bakı şəhəri Qaradağ rayonu Dairəvi
yolunun kənarında Abşeron yarımadasının iqliminə uyğun olaraq iynəyarpaqlı (sərv)
ağaclar əkiblər.
Həmçinin, əkilən
ağacların küləkdən qorunması məqsədilə dirəklər basdırılıb, onların inkişafı
üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Ağacların mühafizəsi
və mütəmadi qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.
Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının məlumatı
2023-03-06