VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLƏRİ ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB
Cari ilin 21 və 27 fevral tarixlərində Ədliyyə Akademiyasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər” və “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət şərtləri və qaydası” mövzusunda təlimlər keçirilib.
Təlim proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Bakı Apellyasiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı Dövlət Universitetinin müəllimi tərəfindən həyata keçirilib.
Təlimçilər “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanunu, “Zorakılıq qurbanı olan qadınların ədalətə çatımlılığının təkmilləşdirilməsi”, “Dövlət qulluqçularının korrupsiyaya qarşı davranışı və maraqların toqquşması” və “Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ). CEPEJ alətlərinin və standartlarının anlayışı və onların məhkəmələrin səmərəli idarə edilməsində rolu” kimi mövzular üzrə mühazirələri dinləyicilərin diqqətinə çatdırıblar.
Təlimlərdə ümumilikdə 44 nəfər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü iştirak edib.
2017-02-27